Rusiya pasportu almış miqrantlar zorla müharibəyə APARILIR – Yoxsa vətəndaşlıqdan ÇIXARILACAQLARbackend

Rusiya pasportu almış miqrantlar zorla müharibəyə APARILIR - Yoxsa vətəndaşlıqdan ÇIXARILACAQLAR

Rusiya vətəndaşlığını qəbul etmiş miqrantlar  məcburi müharibəyə cəlb olunurlar.

KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb. Rusiya vətəndaşlığı almış miqrantlar Ukraynaya döyüşməyə getmədikləri təqdirdə vətəndaşlıqdan çıxarılacaqları ilə hədələnirlər.

Qırğızıstanın Oş şəhərindən olan 25 yaşlı Sardarbek Mamatillayev Rusiya vətəndaşlığından məhrum olmamaq üçün müharibəyə getməyə məcburdur.

O, bir neçə ay əvvəl Rusiya vətəndaşlığını alıb, bu yaxınlarda isə hərbi komissarlıqdan çağırış vərəqəsi alıb.

Eyni zamanda o, hərbi komissarlığa gəlmədiyi təqdirdə pis nəticələnəcəyi barədə xəbərdar edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*