Rusiya polisi və ordusunda keçirilən gözəllik yarışları tənqid edildibackend

Rusiya polisi və ordusunda keçirilən gözəllik yarışları tənqid edildi

Böyük Britaniyanın Daily Mail qəzeti 8 Mart Beynəlxalq Qadınlar Günü ilə üst-üstə düşən Rusiya hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə keçirilən gözəllik müsabiqələri ilə bağlı tənqidi məqalə dərc edib.

KONKRET.az xəbər verir ki, Kursk bölgəsində təşkil edilən “Polis Gözəlliyi” yarışması nəşr tərəfindən mənfi qiymətləndirilib.

Nəşrə görə, hüquq-mühafizə orqanlarında və orduda işləyən qadınlar arasında keçirilən yarışma seksizmi təbliğ edir. Daily Mail qəzeti yazır ki, qadınların guya mətbəx işləri və tikmək bacarığını nümayiş etdirdiyi yarışması başqa məqsədlərdən xəbər verir. Yəni bu sistemdə işləyən xanımlara potensial cinsi həvəsi öldürən obyekt kimi baxılır.

Nəşr belə müsabiqələri ciddi tənqd etməklə Twitter istifadəçilərinin qəzəbinə tuş gəlib. Daily Mail-ın rəsmi səhifəsində bu məqalə ilə razılaşmadıqlarını bildirənlərin sayı çoxluq təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*