Rusiya Polşanı hədələdi: “Müvafiq hədəfləri vura bilərik”backend

Rusiya Polşanı hədələdi: "Müvafiq hədəfləri vura bilərik"

“NATO-nun nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, Rusiya üçün qanuni hədəfə çevriləcək”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.

“NATO-nun birgə nüvə missiyaları təcrübəsinin genişləndirilməsi sırf sabitliyi pozan xarakter daşıyır. Bu istiqamətdə dəyişikliklər Polşanın təhlükəsizliyini artırmayacaq və müvafiq obyektlər mütləq hədəfə çevriləcək”, – deyə diplomat qeyd edib.

Ryabkov vurğulayıb ki, NATO nüvə qüvvələrinin Rusiya sərhədlərinə yaxınlaşması təhdidləri gücləndirir. Onun sözlərinə görə, Moskva hazırda Polşada təhlükəli obyektlərin yerləşdirilməsi mövzusunun necə inkişaf etdiyini diqqətlə izləyir.

Xatırladaq ki, Polşa prezidenti Anjey Duda bir gün əvvəl ölkəsinin ABŞ-nin nüvə silahlarını öz ərazisində yerləşdirməyə hazır olduğunu bəyan edib. O bildirib ki, belə bir məsələ Polşa-Amerika danışıqları zamanı artıq bir müddətdir müzakirə olunub.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Şimali Atlantika Alyansının fəallığının kəskin artdığını qeyd edib. Onun sözlərinə görə, Rusiya sərhədlərinə ABŞ-dən xeyli hərbi qüvvə yerləşdirilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*