Rusiya Qara Dəniz Donanmasının yeni komandanı təyin olundubackend

Rusiya Qara Dəniz Donanmasının yeni komandanı təyin olundu

Vitse-admiral Viktor Sokolov Rusiya Qara Dəniz Donanmasının yeni komandanı təyin edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, artıq Sevastopoldakı hərbi şuranın üzvlərinə təqdim olunub.

“Onun təyinatı ilə bağlı baş komandanın əmri olub. O, hərbi Şuranın üzvlərinə təqdim olunub. Heç bir ictimai tədbir keçirilmədi və yəqin ki, şəhərdə terror təhlükəsinin sarı səviyyəsinə görə olmayacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, Qara dəniz donanması hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*