“Rusiya Qarabağda yerli özünüidarəetmə ilə məşğul olmayacaq” – Xazinbackend

“Rusiya Qarabağda yerli özünüidarəetmə ilə məşğul olmayacaq” - Xazin

“Bölgəyə qayğı, şübhəsiz ki, Azərbaycan hakimiyyətinin üzərinə düşür. Əmin ola bilərsiniz ki, Rusiya Qarabağda mütləq yerli özünüidarəetmə ilə məşğul olmayacaq. Azərbaycansa təbii ki, Dağlıq Qarabağ bölgəsinin inkişafı ilə davamlı şəkildə məşğul olacaq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış Rusiyalı iqtisadçı, “İzborsk” Klubunun daimi üzvü Mixail Xazin 11 yanvar görüşünü şərh edərkən deyib.

İqtisadçı əlavə edib ki, “Rusiya orada yalnız iki funksiyanı yerinə yetirir: yenidən müharibə olmamasına nəzarət (problem müharibədə maraqlı olan bir çox üçüncü qüvvənin olmasıdır) və keçmiş cəbhə bölgəsinin yaşayış bölgəsinə çevrilməsinin hərbi tərəfi (o zaman) ilk növbədə minalardan təmizləmə və təhlükəsizlik var.) Və ərazilərin inkişafı – infrastrukturun qurulması və digər humanitar aspektlər. Vəssalam. Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı Azərbaycanın qayğıları sırasındadır”.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*