Rusiyanın iki “MiQ-31” qırıcı təyyarəsi Porvoo şəhəri yaxınlığında Finlandiya hava məkanını pozub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, təyyarələr qərb istiqamətində uçub və iki dəqiqə ərzində Finlandiya hava məkanında qalıb.
Finlandiya Müdafiə Nazirliyinin sözçüsü Kristian Vakkuri deyib ki, “Finlandiya hava məkanının pozulması iddia edilən dərinlik bir kilometr olub”.
