“Rusiya qoşunları bütün şərq cəbhəsi boyunca hücuma keçib” -Ukrayna Baş Qərargahıbackend

"Rusiya qoşunları bütün şərq cəbhəsi boyunca hücuma keçib" -Ukrayna Baş Qərargahı

Rusiya qoşunları müharibənin ikinci fazasında bütün şərq cəbhəsi boyunca hücuma keçib.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahının bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya qoşunları Donbas regionu üzərində tam nəzarəti ələ keçirmək məqsədi ilə bütün səylərini 480 kilometr uzunluğundakı şərq cəbhəsi boyunca aparılan hərbi əməliyyatlara yönəldib və bütün cəbhə boyunca Ukrayna müdafiə xəttini yarmağa çalışıb.

Luqansk regional hərbi idarəsinin rəhbəri Sergey Haidai bildirib ki, Rusiya qüvvələri bu vaxtadək yalnız iki ərazini – Kreminna şəhəri və daha bir kiçik şəhəri ələ keçirə bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*