“Rusiya səfiri bir ay sonra ölkəni tərk etməlidir” – Latviyadan Kremlə SƏRT XƏBƏRDARLIQbackend

“Rusiya səfiri bir ay sonra ölkəni tərk etməlidir” - Latviyadan Kremlə SƏRT XƏBƏRDARLIQ

“Rusiya səfiri bir aydan sonra ölkəni tərk etməlidir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Məlumatda Rusiyanın Latviyadakı səfiri Mixail Vaninin fevralın 24-dək Latviyanı tərk etməli olduğu öz əksini tapıb.

Belə ki, bazar ertəsi Rusiya səfiri nazirliyə dəvət olunub və ona fevralın 24-də Latviyanın Rusiya ilə diplomatik münasibətlərinin səviyyəsinin aşağı salınacağı barədə xəbərdarlıq edilib.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Moskvadakı səfiri Maris Riekstinsi geri çağırmaq qərarına gəldiyini bildirib. Müvafiq olaraq, Riqa Moskvadan oxşar addımı atmasını istəyib. Nazirin sözlərinə görə, bu qərar Estoniya ilə həmrəylik çərçivəsində qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Estoniya səfiri Marqus Laidrenin ölkədən çıxarılması və qarşılıqlı diplomatik nümayəndəlik səviyyəsinin müvəqqəti səlahiyyətli katib səviyyəsinə endirilməsi barədə qərar qəbul edib.

Yanvarın 11-də Estoniya Rusiyanın Tallindəki səfirliyinin işçilərinin azaldılması barədə qərar qəbul edib. Belə ki,  Tallindəki səfirliyin ştatı 8 diplomata və 15 inzibati, texniki və xidmət işçisinə qədər ixtisar edilib. Burada məqsədin Estoniya və Rusiya nümayəndəliklərində diplomatik işçilərin sayının bərabər səviyyəyə çatdırılması olduğu bildirilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*