Rusiya səfiri Moldova XİN-ə çağırıldıbackend

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin teleqram kanalında məlumat verilib.

Buna səbəb martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlardır.

“Rusiya diplomatı Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılacaq”, – paylaşımda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*