Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırıldıbackend

Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiyanın Polşadakı səfiri Sergey Andreev oktyabrın 3-də Polşanın Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az yerli mediaya istibadən xəbəbr verir ki, numa səbəb Rusiyanın Donetsk və Luqanskda, eləcə də Zaporojye və Xerson vilayətlərində referendumun keçirilməsi olub.

Polşa Xarici İşlər Nazirliyinin rəis müavini Marçin Przidacz bildirib ki, Rusiya ilə münasibətlər “faktiki olaraq dondurulub”. “Mənim və ya nazirin səfir Andreyevi çağırdığı görüşlərdən başqa heç bir diplomatik əlaqə yoxdur”, – deyə nazir müavini TVN24-də bu barədə açıqlama verib.

Ötən həftə Rusiya səfirləri Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Hollandiya və İsveçin Xarici İşlər Nazirliklərinə çağırılıb. Bütün Qərb ölkələri keçmiş referendumları qeyri-legitim, Rusiyanın hərəkətlərini isə ilhaq hesab edir.

Qeyd edək ki, sentyabrın 30-da prezident Vladimir Putin Donetsk və Luqanskda qondarma Xalq Respublikalarının, eləcə də Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında sazişlər imzalayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*