Rusiya sərhədçiləri Zəngəzurdakı postlarını bağlayırbackend

Rusiya sərhədçiləri Zəngəzurdakı postlarını bağlayır

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur rayonundakı postlarını bağlamağa başlayıblar.

KONKRET.az xəbər verir ki, bu haqda “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, onlar Gorus və Qafanın Çakaten kəndi arasındakı ərazidə mobil dislokasiya məntəqələrini bağlayır.

Qeyd olunur ki, onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada keçirilən görüşdə bu barədə razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri İran və Türkiyə ilə sərhəddə qalacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*