Rusiya sərhədindən kənarda ən böyük hərbi bazasında təlimlərə başladıbackend

Rusiya sərhədindən kənarda ən böyük hərbi bazasında təlimlərə başladı

Rusiyanın Tacikistanda yerləşən 201-ci hərbi bazası Mi-8MTV5-1 və Mi-24 döyüş helikopterləri ilə təlimlərə başlayıb.

KONKRET.az-ın İnterfaks-a istinadən məlumatına görə, manevrlər zamanı Rusiya hərbçiləri həm ekipajın tərkibində, həm də fərdi qaydada sağ qalma bacarıqlarını təkmilləşdirirlər.

Paraşütlə tullanmalara, uzun keçidlərə, müxtəlif maneələri, o cümlədən su maneələrini dəf etməyə xüsusi diqqət yetirilir.

Məşqin sonunda gün ərzində vəhşi təbiətdə yaşamaq bacarıqları təlimləri keçiləcək.

201-ci hərbi baza Rusiyanın sərhədlərindən kənarda yerləşən ən böyük hərbi obyektidir. O, iki şəhərdə – Düşənbə və Boxtarda yerləşdirilib.

Yanvarda Tacikistanda Rusiyanın 201-ci hərbi bazasının motoatıcı bölmələrinin 1000 hərbçisinin iştirakı ilə təlimlər keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*