Rusiya Tacikistan ordusu ilə birlikdə hərəkətə keçdibackend

Rusiya Tacikistan ordusu ilə birlikdə hərəkətə keçdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Rusiya Tacikistanla birgə hərbi təlimlərə başlayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, təlimlər Rusiyanın ölkə xaricindəki ən böyük hərbi bazası olan 201-ci bazadakı 3 min əsgər və Tacikistan Silahlı Qüvvələrinin ünsürlərinin iştirakı ilə keçirilir.

Təlim poliqonu Tacikistan-Əfqanıstan sərhədində yerləşən Sambulıdır.

Təlimlər ölkəyə girən silahlı qruplaşmalarla mübarizə və onların zərərsizləşdirilməsi ssenariləri əsasında keçirilir.

 

Təlim çərçivəsində “Orlan-10” pilotsuz uçuş aparatları kəşfiyyatla əməkdaşlıq çərçivəsində sərhəd bölgələrini izləyəcək, qanunsuz yollarla ölkəyə giriş edən silahlı qruplaşmaları təsbit edəcək. Mərkəzi komandanlığa informasiya ötürüləcək və topçu birliklər tərəfindən hücum hazırlanaraq hədəflər zərərsizləşdiriləcək.

Təlimlərin 28 noyabra qədər davam etməsi planlaşdırılır.

Rusiyanın Tacikistanda 7 mindən çox əsgəri xidmət edir. İki ölkə arasında razılaşma əsasında baza 2042-ci ilədək fəaliyyətdə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*