backend

Rusiya "Taliban" hökumətinin andiçmə mərasiminə qatılmayacaq - PESKOV

“Moskva Əfqanıstanda “Taliban” hərəkatının yeni hökumətinin andiçmə mərasimində iştirak etməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, Rusiya heç bir şəkildə iştirak etməyəcək”, – deyə Peskov jurnalistlərin suallarına cavab verərkən bildirib.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “RİA Novosti”yə açıqlamasında Rusiyanın “Taliban” hərəkatının formalaşdırdığı Əfqanıstanın yeni hökumətinin inauqurasiyasında təmsil olunacağını bildirmişdi.

Xatırladaq ki, Əfqanıstanın yeni Nazirlər Kabinetinin andiçmə mərasimi sentyabrın 11-də baş tutacaq. Rusiya “Taliban” nümayəndələrindən mərasimə dəvət alıb. Bununla yanaşı, ərəb KİV-də yer alan məlumata görə, hərəkat, həmçinin Türkiyə, Çin, İran, Pakistan və Qətər nümayəndələrini də mərasimə dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*