Regionlarda investisiya fəallığının artırılması istiqamətində tədbirlər həyata keçiriləcəkbackend

Regionlarda investisiya fəallığının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək

Regionlarda investisiya fəallığının artırılması və KOB-ların dəstəklənməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

KONKRET.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilsə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”da yer alıb.

Planın icrası İqtisadiyyat Nazirliyinə tapşırılıb, digər icraçılar isə Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Sahibkarlar Konfederasiyasıdır (tövsiyə olunur).

Tədbirlər Planına əsasən, 2026–2030-cu illərdə regionlarda investisiya fəallığının stimullaşdırılması, istehsal olunan malların və xidmətlərin daxili və xarici bazarlara çıxışının dəstəklənməsi üçün tədbirlər görüləcək.

Mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin investisiya və innovasiya fəallığının stimullaşdırılması üçün əlverişli şərait yaradılacaq. KOB subyektlərinin məlumatlandırılması, onlar üçün təlimlərin təşkili, dayanıqlığının gücləndirilməsi, mövcud iş yerlərinin qorunub saxlanılması və yeni iş yerlərinin yaradılmasına dəstək göstərilməsi istiqamətində də işlər görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*