Qaradağ rayonunda oğurluq edən 3 nəfər saxlanıldıbackend

Qaradağ rayonunda oğurluq edən 3 nəfər saxlanıldı

Qaradağ rayonunda baş verən bir neçə oğurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb.

KONKRET.az xəbər verir ki, rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqların oğurlanması ilə bağlı tədbir keçirilib.

Araşdırmalar zamanı oğurluq əməlində şübhəli bilinən, həmin ticarət mərkəzində işləyən 35 yaşlı T.Bayramov və 54 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Bundan əlavə, rayon ərazisində qeydə alınan digər oğurluq hadisəsi ilə bağlı da əməliyyat tədbirləri həyata keçirilib. Belə ki, bir şəxsin “Hyundai” markalı avtomobilindən 19 800 manat pul oğurlamaqda şübhəli bilinən 33 yaşlı O.İbrahimov saxlanılıb.

Hər üç fakt üzrə araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*