Yəməndə İranın dəstəklədiyi “Ənsar Allah” (Husi) hərəkatı Səudiyyə Ərəbistanına qarşı dəniz naviqasiyasına qadağa tətbiq etdiyini açıqlayıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hərakat bununla bağlı bəyanatla çıxış edib.
“Düşmən Səudiyyənin genişmiqyaslı eskalasiya ilə bağlı atacağı istənilən düşüncəsiz addıma biz də genişmiqyaslı və sərt eskalasiya ilə cavab verəcəyik”, – bəyanatda vurğulanır.
