Rusiya Türkiyə gəmisini vurdu – ARA QARIŞDIbackend

Rusiya Türkiyə gəmisini vurdu - ARA QARIŞDI

Rumıniyanın Plauru kəndinin sakinləri Ukraynanın İzmail sahillərində Rusiya pilotsuz təyyarəsinin Türkiyə qaz tankerini vurması ilə bağlı hadisədən sonra təxliyə ediliblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Stiri pe surse” qəzeti məlumat verib.

Rumıniya tərəfinin məlumatına görə, zərbə hücum zamanı Ukrayna limanında mayeləşdirilmiş təbii qaz boşaldan Türkiyə bayrağı altında üzən ORINDA tankerinə dəyib. Gəmidə hamısı Türkiyə vətəndaşı olan 16 heyət üzvü olub. Zərbədən sonra gəmidə yanğın baş verib, lakin dənizçilər xəsarət almadan təxliyə olunublar.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisəni təsdiqləyərək qeyd edib ki, Ukrayna tərəfi gəmidəki yanğını söndürməyə davam edir. Rumıniya hakimiyyəti də öz növbəsində hücumun nəticələri və tankerdəki yanğınla bağlı mümkün risklər səbəbindən Plauru sakinlərini təxliyə etməyə başlayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*