Rusiya-Türkiyə münasibətlərində QORXULU MƏRHƏLƏ – Analitikləri narahat edən məqamlar barədəbackend

Rusiya-Türkiyə münasibətlərində QORXULU MƏRHƏLƏ - Analitikləri narahat edən məqamlar barədə

Rusiyanın media məkanında Türkiyədə 2023-cü ildə keçiriləcək növbəti prezident və parlament seçkilərinin nəticələri haqda diskussiyalar aparılır.

KONKRET.az bildirir ki, rusiyalı ekspertlər belə bir sual ünvanlayır ki, əgəe bu seçkilərdə müxalifət hakimiyyətə gəlsə, iki ölkə arasında uzunmüddətli layihələrin taleyi necə olacaq?

Ekspertlərin demək olar ki, əksəriyyəti Türkiyədə hakimiyyət dəyişikliyinin Rusiya-Türkiyə əməkdaşlığının strateji layihələrinə mənfi təsir edəcəyini bildirir. Amma tam olaraq necə? Məsələn “Akkuyu” AES-in tikintisi, eləcə də “Türk axını” layihələrinin davam etməsində ciddi problemlər yarana bilər ki, bu da Rusiya üçün arzuolunmazdır…

Ekspertlər xatırladır ki, “Akkuyu” layihə şirkəti ilə razılaşmaya əsasən, stansiyada istehsal olunan enerjinin 50%-i Türkiyə Xəzinədarlığının zəmanəti ilə 15 il ərzində 1 kVt/saat üçün 12,35 ABŞ senti sabit qiymətə alınacaq. İqtisadçılara görə, 15 il (stansiyanın ömrü ən azı 65 ildir) böyük bir rəqəmdir. Bu, heç bir halda Rusiya tərəfinin nailiyyəti.sayıla bilməz. Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında müqavilə imzalanarkən, indi uzaq olan 2010-cu ildə türk lirəsinin məzənnəsi 1 dollara görə təxminən 1,45 olub.

Bir gün əvvəl Türkiyə Mərkəzi Bankının müəyyən etdiyi məzənnə artıq 1 dollar üçün 14,2 lirə idi. Diqqət edirsinizmi?

Ancaq müxalif “Cümhuriyyət” qəzeti 2010-cu ildən lirənin ucuzlaşması səbəbindən 15 il ərzində elektrik enerjisinin 50%-i qədər yaranacaq lirə fərqini tutaraq hesablayıb və qorxulu “artıq ödəniş” məbləğini rus podratçılarının xeyrinə – 24 milyardlıq tur adlandırıb. Stansiya işə salınanda nə qədər olacaq, kim bilir …

Və bu fikir təkcə Türkiyə müxalifəti arasında deyil, iqtidar çevrələrində də dolaşmaqdadır:

Biz Rusiya ilə Türkiyə arasında hökumətlərarası sazişə türk lirəsinin sabit məzənnəsini “birdəfəlik” necə daxil edə bilərik, hətta elektrik enerjisinin türk lirəsi ilə zəmanətli alış qiymətini yenidən hesablaya bilərikmi?

Bu mövzuda artıq danışılmağa başlanılıb. Yeni diskussiyaların da olacağı gözlənilir.

Türkiyəli analitiklər isə bildirirlər ki, hakimiyyətə gələcəklıəri təqdirdə qərbyönümlü müxalifət bu işə qarışsa, problemlər beynəlxalq arbitraja qədər gedib çıxacaq və orada hansı qərarın veriləcəyini bilirsinizmi? Məncə deməyə ehtiyac yoxdur…

Bu, Rusiya-Türkiyə strateji layihələrinin üzərində getdiyi nazik buzun yalnız bir nümunəsidir. Və beləliklə, Rusiya-Türkiyə münasibətlərinin təməl daşları sayılan o layihələrin hər biri indidən şübhə altına alınır.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*