Rusiya Ukraynada YDM-i “Şahid”lə vurdu: ölənlər varbackend

Rusiya Ukraynada YDM-i “Şahid”lə vurdu: ölənlər var

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətindəki yanacaqdoldurma məntəqəsinə (YDM) “Şahid” tipli reaktiv pilotsuz uçuş aparatı ilə zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Krivoy Roqun Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, zərbə Krivoy Roqun yaxınlığında yerləşən Şirokovo icmasındakı YDM-ə endirilib.

Hücum nəticəsində üç nəfər ölüb.

Hadisə yerində qəza-xilasetmə əməliyyatı davam edir, zərbənin nəticələri barədə məlumat dəqiqləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*