Rusiya Ukraynanın şərqindəki taktiki batalyonlarının sayını ARTIRDIbackend

Rusiya Ukraynanın şərqindəki taktiki batalyonlarının sayını ARTIRDI

“Rusiya Ukraynanın şərqindəki taktiki batalyonlarının sayını 76-ya çatdırıb”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

Pentaqon rəsmisi bildirib ki, Rusiya ordusu Ukraynanın şərqində toplaşmağa davam edir. Hazırda Rusiyanın taktiki batalyonlarında orta hesabla 800-1000 əsgər var:

“Rusiya bütün qüvvələrini Ukraynanın şərq və cənub bölgələrinə cəmləyib. Rusiya Hərbi Hava Qüvvələri döyüş bölgəsində orta hesabla 200 döyüş uçuşu həyata keçirib və son bir neçə gündə uzun mənzilli bombardmançılarla Kiyev və Lvovda hərbi obyektləri bombalayıb”.

Həmçinin ABŞ-ın Ukrayna ordusuna verəcəyi haubitsa artilleriyaların ukraynalı təlimçiləri üçün hazırlıqların davam etdiyini bildirən rəsmi, bu təlimlərin yaxın vaxtlarda Ukraynadan kənarda da başlayacağını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*