Rusiya və ABŞ arasında kritik görüş təxirə salındıbackend

Rusiya və ABŞ arasında kritik görüş təxirə salındı

Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ arasında imzalanmış Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilənin (Yeni START) audit iclasının təxirə salındığını açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 29-dan dekabrın 6-dək Misirin paytaxtı Qahirədə keçirilməsi planlaşdırılan təftiş toplantısı Rusiya ilə ABŞ arasında imzalanmış Yeni Strateji Silahların Azaldılması Sazişinin (Yeni START) icrası və nəzarəti ilə bağlı olacaq.

Ötən il uzadılan və 2026-cı ilə qədər qüvvədə olacaq müqavilə ilə bağlı audit iclasının niyə təxirə salındığı açıqlanmayıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu ayın əvvəlində bildirib ki, Yeni START çərçivəsində yoxlamaların bərpası məqsədi ilə Rusiya ilə ABŞ arasında danışıqlar aparılacaq. Ötən ilin avqustunda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyan etmişdi ki, təftişlərlə bağlı bir sıra problemlər ABŞ və Rusiya arasında razılaşma çərçivəsində həll olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*