Rusiya və Belarus 2024-cü il Olimpiadasına dəvət olunmayacaqbackend

Rusiya və Belarus 2024-cü il Olimpiadasına dəvət olunmayacaq

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarusu 2024-cü il Olimpiya Oyunlarına dəvət etməyəcək.

KONKRET.az xəbər verir ki, qərar Ukraynadakı münaqişə ilə əlaqədar BOK-un Rusiya və Belarus idmanına tətbiq etdiyi sanksiyalarla bağlı verilib.

Həmçinin, BOK 2022-ci ilin sentyabrından təşkilata üzvlüyü dayandırılmış Qvatemalaya da dəvət göndərməyəcək.

BOK qeyd edib ki, Rusiya və Belarus idmançılarının iştirakı ilə bağlı yekun qərarı təşkilat müvafiq vaxtda verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*