Rusiya və Çin Sakit okeanda birgə hərbi təlimlərə başlayırbackend

Rusiya və Çin Sakit okeanda birgə hərbi təlimlərə başlayır

Rusiya ordusu Sakit okeanda Çin hərbçiləri ilə birgə hərbi təlimlər keçirəcək.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçilər birgə taktiki manevr və artilleriya atışları həyata keçirəcəklər.

“Təlimin məqsədi Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında dəniz əməkdaşlığını gücləndirmək, Asiya-Sakit okean regionunda sülh və sabitliyi qorumaqdır”, – Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, mayın 24-də Rusiya və Çin “Tu-95MS”, “Xian H-6” strateji bombardmançı təyyarələrinin iştirakı ilə hava patrulları həyata keçirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*