Rusiya və Ermənistan müdafiə sahəsində əməkdaşlıq proqramı imzaladıbackend

Rusiya və Ermənistan müdafiə sahəsində əməkdaşlıq proqramı imzaladı

Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, görüş Ermənistanın Müdafiə Nazirliyində baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, nazirlər öncə təkbətək görüş keçiriblər. Daha sonra nümayəndə heyətinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.

Ermənistanın müdafiə naziri David Tonoyan müdafiə sahəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib. Eyni zamanda hərbi-texniki sferada proqramların səmərəliliyini təqdir edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə Ermənistana rəsmi səfərinin Gümrüdən başladığını vurğulayıb. Şoyqu bildirib ki, yerli əhali Rusiya hərbi bazasının şəxsi heyətinə dost münasibət bəsləyir.

Rusiyalı nazir hər iki tərəfin münasibətinin strateji xarakter daşıdığından, birgə döyüş hazırlığının əhəmiyyətindən də söz açıb. O,  əməliyyat planlaşdırmasının, hərbi təhsilin və baza heyətinin döyüş hazırlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş çərçivəsində həmçinin iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf yolları barədə fikir mübadiləsi aparılıb. Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Səfər çərçivəsində 2020-ci il üçün əməkdaşlıq proqramı imzalanıb.

MÜŞFİQ

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*