“Rusiya və Fransanın Cənubi Qafqazdakı maraqları üst-üstə düşür” – Natiq Cəfərlibackend

“Rusiya və Fransanın Cənubi Qafqazdakı maraqları üst-üstə düşür” – Natiq Cəfərli

“Fransanın Azərbaycana qarşı mövqeyi tamamilə anlaşılmaz, qeyri-konstruktiv və beynəlxalq hüquqa ziddir”. 

Bu sözləri KONKRET.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Fransanın Avropa və xarici işlər naziri Stefan Sejournenin ABŞ dövlət katibi Entoni Blinken ilə Parisdəki birgə mətbuat konfransında Azərbaycanın ünvanına söylədiyi fikirlərin heç bir əsası yoxdur:

“Dünya ictimaiyyətində yanlış rəy yaratmağa çalışırlar ki,  Azərbaycan təcavüzkardır. Halbuki Azərbaycanın özü 30 il ərzində işğala məruz qalıb. Həmin o Fransa da Minsk qrupunun həmsədri ola-ola bu işğalın sona çatması naminə heç bir iş görməyib. Belə mövqe isə Cənubi Qafqazda sülh prosesinin əldə olunmasının qarşısını kəsən amillərdən birinə çevrilib”.

N.Cəfərli xatırladıb ki, hazırda Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olan ölkələrdən biri Rusiyadır. “Kremldə hesab edirlər ki, sülh müqaviləsi imzalanaan kimi Rusiyanın bölgədəki təsiri azalacaq. Belə çıxır ki, Rusiya ilə Fransa zahirən düşmən və rəqib olsalar, Ukrayna məsələsində qarşı-qarşıya gəlsələr də, Cənubi Qafqazda maraqları üst-üstə düşür”.

REAL-ın icraçı katibi nəzərə çatdırıb ki, bu gün kim Cənubi Qafqazda sülh istəmirsə və sülhə mane olursa, məhz Rusiyanın maraqlarına xidmət edir”: “Bunu dünya ictimaiyyətinə belə də təqdim etmək lazımdır. Çünki Fransanın mövqeyi beynəlxalq hüququ kobudcasına tapdalayan, məntiqə zidd olan mövqedir”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*