Rusiya və Hindistan dənizçiləri Benqal körfəzində birgə təlimlər keçirir.
KONKRET.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Sakit Okean Donanmasının “Admiral Tributs” gəmisi və orta dəniz tankeri “Pechenga” Benqal körfəzində Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə birgə təlimlər keçirir”, – məlumatda deyilir.
Bildirilir ki, təlim zamanı iki ölkənin dənizçiləri birgə manevrlər həyata keçirir, hava hücumundan müdafiə və rabitə üzrə təlimlər keçirlər. Təcrübədə uçuş zamanı təchizat və göyərtə əsaslı helikopterlərdən birgə istifadənin tətbiqi planlaşdırılır.
Ariz Həsənoğlu,
KONKRET.az