Rusiya və İranın YENİ SSRİ ideyası: Marksizm və Xameneizm birləşir? – VİDEObackend

Rusiya və İranın YENİ SSRİ ideyası: Marksizm və Xameneizm birləşir? - VİDEO

Hazırda federasiya sistemi olan Rusiyanın xırda respublikalara, molla rejimi eşşək oynadan İranın azad federasiyalara bölünməsi aktualdır. Buna baxmayaraq, farslarla ruslar özlərinin mifologiyasından qalmır. Daha əvvəl İranın “Qüdsə gedən yol Bakıdan keçir” eyhamlı videoçarxına ürəkdolusu gülmüşdük.

KONKRET.az xəbər verir ki, bu dəfə Solovyovun verilişində gülməli anlar yaşanıb. Belə ki, qonaq qismində olan ekspertlərdən biri Rusiyanın cənub, İranın isə şimal sərhədlərinin NATO təhlükəsi altında olmasını bildirərək Moskva ilə İranın Cənubi Qafqazı işğal etməli olduğunu deyib.

Videoya baxandan sonra işin gülməli tərəflərindən bəhs olunacaq:

 

Əvvəlcə yazının ilk cümləsinə qayıdaq və xatırladaq ki, imperiyaçılıqdan dəm vuran rus və fars dövlətləri dağılmağa yaxındır. Ölüm ayağında otaqda qarapaltarlı ruh görən insanlar kimi, deyəsən, bunlar da sayaqlayırlar. Bir faktı qeyd edək ki, bütöv Azərbaycanın süqutu Səfəvilərin dağılması, əfşarların hakimiyyəti götürməsi, xanlıqların yaranması, ardınca Rusiya ilə fars yox (farslar 1921-də hakimiyyətə gətirilib), Azərbaycan İranının savaşları nəticəsində baş verib. Yeni SSRİ planının Rusiya və İranın güclü gələcəyi kimi uydurma olduğunu göstərən ilk fakt budur.

İkinci fakt Moskva və Tehranın düşmən olmasıdır. Yəni onlar sanksiyalara görə məcburən dostluq edirlər və bu, müvəqqətidir. Üçüncü fakt odur ki, hər iki dövlət Qərblə hesablaşmadan nəfəs ala bilmir. Qərb isə istəsə, SSRİ-ni dağıdan kimi Rusiyanı, şah rejimini süquta uğradan kimi də islam respublikasını parçalayar. Bunu farslar da, ruslar da bilirlər. Bu cür informasiya savaşı aparmaqları isə həm erməni, həm də azərbaycanlılar arasında xof, çaşqınlıq yaratmaq istəyidir. Türklər demişkən, “yemezler, arkadaş, yeməzler”.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*