“Şimal axını”nda boru kəmərlərinin zədələnməsi ilə nəticələnən insidentlər ABŞ kəşfiyyatının nəzarət zonasında baş verib”.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
“Hadisə Danimarka və İsveçin ticarət-iqtisadi zonasında baş verib. Bunlar NATO mərkəzli, Amerika silahları ilə doldurulmuş və ABŞ kəşfiyyat xidmətləri tərəfindən idarə olunan ölkələrdir”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, Rusiyadan Avropaya çəkilən əsas qaz kəməri olan “Şimal axını” və “Şimal axını-2” eyni vaxtda üç yerdən sızıb. Avropa ölkələri Kremlin Aİ-yə qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş sualtı qaz kəmərlərində təxribatdan şübhələnirlər.
İqbal Rzayev,
KONKRET.az
