Rusiya Müdafiə Nazirliyi Yapon dənizində hərbi təlimlər keçirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.
Təlim zamanı Sakit Okean Donanmasının “Petropavlosk-Kamçatki” və “Volhov” adlı iki yeni dizel-elektrik sualtı qayığı su altından olarkən “Kalibr” qanadlı raketlərini hədəflərə atıb.
Təlimdə yalançı düşmən gəmisini təqlid edən xüsusi dəniz qalxanı hədəfi uğurla vurulub.
Açıqlamada, təlimdə Sakit Okean Donanmasından 15-dən çox döyüş gəmisi və təyyarəsinin istirak etdiyi bildirilib.
İqbal Rzayev,
KONKRET.az
