Rusiya yeni hava hücumundan müdafiə sisteminin seriya istehsalına başladıbackend

Rusiya yeni hava hücumundan müdafiə sisteminin seriya istehsalına başladı

Rusiya “S-500” “Prometey” hava hücumundan müdafiə sisteminin seriya istehsalına başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə  Rusiyanın “Almaz-Antey” hava kosmik müdafiə konserninin baş direktoru Yan Novikov “National Defence” jurnalına müsahibəsində məlumat verib.

“Bu sistemin döyüş qabiliyyəti əvvəllər yaradılmış zenit-raket sistemləri və zenit-raket komplekslərinin imkanlarını xeyli üstələyir. “S-500” “Prometey” gücünə görə Rusiya hava-kosmik müdafiə qoşunlarının əsası olmağa qadirdir”, – deyə Yan Novikov vurğulayıb.

Qeyd edək ki, “S-500” “Prometey” yeni nəsil yer-hava tipli hava hücumundan müdafiə sistemlərinə aiddir.

“S-500” “Prometey”in hədəfi vurma radiusu təxminən 600 kilometrdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*