Rusiya yenidən Azovstaldakı ukraynalı hərbçilərə təslim olmaq üçün vaxt verib.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi yenidən Azovstaldakı ukraynalı hərbçilərə Moskva vaxtı ilə saat 12:00-dan etibarən silahlarını yerə qoyaraq təslim olmağı təklif edib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin planlarına görə, saat 13:30-dan etibarən sükut rejimi tətbiq edilməlidir. İstisnasız olaraq saat 14:00-dan 16:00-a qədər Azovstalın müdafiəçiləri silah və sursatını təhvil verib getməlidirlər.
Departamentin bəyanatında deyilir ki, təslim olanların hamısının həyatının qorunub saxlanmasında “Əsirlərlə rəftar haqqında” Cenevrə Konvensiyasının bütün normalarına riayət edilməsinə zəmanət verilir.
Xuraman Etibarlı,
KONKRET.az
