Rusiyada daha 15 terrorçu saxlanıldıbackend

Rusiyada daha 15 terrorçu saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən Penza, Ufa və Çelyabinskdə ölkədə terror təşkilatı olaraq tanınan “Hizb ut-Tahrir” təşkilatının dörd hücrəsi zərərsizləşdirilib.

KONKRET.az “TASS” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 4 rəhbər şəxs və təşkilatın 11 fəal iştirakçısı saxlanılıb.

FSB-nin məlumatına görə, saxlanılan şəxslər terror təşkilatlarının xarici emissarların göstərişləri ilə Rusiya ərazisində terrorizm ideologiyasının yayılması üzrə məqsədyönlü şəkildə fəalliyyət göstəriblər./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*