Rusiyanın Ryazan şəhərində erməni avtobus sürücüsünü döyərək ağır xəsarətlər yetirib.
KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, Ryazanda erməni Serquş Akopoviç Akopyan avtobusda sərxoş vəziyyətdə sərnişinləri təhqir etməyə başlayıb. 51 yaşlı sürücü münaqişənin qarçısını almağa çalışıb, lakin Akopyan onu qəddarlıqla döyüb.
Sürücü ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən erməni qaçsa da bir həftə sonra saxlanılıb, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb.
Erməni kamera qarşısında diz çökərək üzr istəyib, lakin bu, onu cinayət məsuliyyətindən azad etmir. Qarşıda onu məhkəmə gözləyir.
Xuraman Etibarlı,
KONKRET.az
