Müharibədən 5 ildən az bir müddət keçən və geosiyasi çağırışların tüğyan etdiyi ölkəyə ilk növbədə iqtisadi və siyasi sabitlik lazımdır.
KONKRET.az xəbər verir ki, bunu Asmik Babacanyan “hraparak.am” saytında yazıb.
Müəllif yazısını sualla davam etdirib:
“Ölkədə iqtisadi və siyasi sabitlik olmasa kimə sərfəlidir? Görün nə qədər sadə sual verirəm, bağça uşaqları da təbii ki, bu sualı düşmənə verərdi. Bəs mən bu sualı niyə qaldırıram ki, kütləvi təbliğat maşınına qərq olmuş insanlar bir anlıq dayansınlar və düşünsünlər ki, bu fəlakət şəraitində xalqa geosiyasi oriyentasiyanı dəyişdirmək, insanların boğazını kəsmək lazımdır. Bu, Azərbaycana ən böyük hədiyyədir. İcazə verin bunu adi vətəndaşın prizmasından izah edim.
Rusiyada hər kəsin bir ermənisi var, siz nə edirsiniz?
Təsəvvür edirsiniz ki, Ermənistan əhalisinin əksəriyyəti qohumlarının Rusiyadan göndərdiyi pul hesabına dolanır? Onların çörəyini niyə kəsirsiniz?
Siz hərbi-siyasi müqavilə imzalayırsınız? Kimə qarşı? Yumşaq ifadələrlə, yalançı sülh tezisləri ilə Ermənistanı “tapdalayırsınız?.
Dünyada vergi terroru ilə öz xalqına qarşı mübarizə aparan, düşmənə ərazi verən, aldadaraq, uçuruma aparan başqa ölkə varmı?
Niyə demirsiniz ki, Qərb sizi dəvət etmir, Qərb sizi gözləmir?”.
Günel Mikayılova,
KONKRET.az