Rusiyada hərbi təyyarənin qəzaya uğradığı yerdən ilk görüntülər – YENİLƏNİB – FOTObackend

Rusiyada hərbi təyyarənin qəzaya uğradığı yerdən ilk görüntülər - YENİLƏNİB - FOTO

Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan “An-26” təyyarəsinin fotoları yayılıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində olan altı ekipaj üzvünün hamısı həlak olub.

“Ölənlərin qalıqları qəza yerində tapılıb. Sağ qalan yoxdur”, – xilasetmə qrupunun məlumatında qeyd olunur.

Hazırda qəzanın baş verdiyi yerdə xilasedicilərlə bərabər Rusiya Federasiyasının İstintaq Komitəsinin əməkdaşları çalışır.

***

09:38
Rusiyanın Xabarovsk diyarı yaxınlığında radarlardan itən “An-26” hərbi təyyarəsinin qalıqları tapılıb.

KONKRET.az-ın xəbərinə görə, Xabarovskda yerləşən “Zapovednoye Priamurye” Dövlət Təbiət Qoruqları və Milli Parklar Birgə Direksiyasından da “An-26” tipli təyyarənin qalıqlarının tapılması ilə bağlı məlumatı təsdiqləyiblər.

Artıq axtarış və xilasetmə qrupunun hadisə yerinə yollandığı qeyd olunur.

Rusiya Fövqəladə Hallar Nazirliyinə əlavə ediblər ki, Xabarovsk yaxınlığında qəzaya uğrayan “An-26” təyyarəsinin ekipajının taleyi isə hələ də məlum deyil.

Xatırladaq ki, ötən gün Rusiyada “An-26” tipli hərbi təyyarə radarlardan itib. Təyyarənin göyərtəsində altı nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*