Rusiya həyati vacib dərmanların ciddi çatışmazlığı ilə üzləşib.
KONKRET.az xəbər verir ki, Rusiyada həyati vacib dərmanların çatışmazlığı var.
Rusiyanın bir çox bölgələrində ruslar bir neçə həftədir ki, apteklərdən həyati vacib dərmanlar ala bilmədiklərini deyirlər. Həkimlər 80 növdən çox dərman çatışmazlığını qeyd ediblər.
Xəstəlikdən əziyyət çəkən Rusiya vətəndaşı zəruri dərmanı tapmadığını və yaşamaq üçün az vaxtının qaldığını deyib.
“Yaşamaq üçün bir həftə qalıb”, – deyə xəstə bildirib.
İndi insulin, şəkərli diabet, qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi üçün dərmanlar, iltihab əleyhinə, antidepresantlar və bir çox vasitələri tapmaq xüsusilə çətinləşib.
Bu, dərmanların və logistikanın qiymətinin artması və Rusiya Federasiyasına qarşı digər sanksiyalarla bağlıdır.
Xuraman Etibarlı,
KONKRET.az
