Rusiyada koronavirusun “kentavr” variantı aşkarlandı – Həkimlərdən XƏBƏRDARLIQbackend

Rusiyada koronavirusun “kentavr” variantı aşkarlandı – Həkimlərdən XƏBƏRDARLIQ

Rusiyada koronavirusun omikron ştammının yeni subvariantının (kentavr) ilk əlamətləri müşahidə edilib.

KONKRET.az xəbər verir ki, bir qayda olaraq infeksiya yüngül, xəstəxanaya yerləşdirilmədən keçir. Bu barədə STOPCORONAVIRUS.RF TG kanalı məlumat yayıb.

Rusiyanın Səhiyyə Xidməti həssas kateqoriyadan olan ruslara, o cümlədən xroniki xəstəliklərdən əziyyət çəkənlərə ictimai yerlərdə maska ​​​​taxmağı, antiseptik vasitələrdən  istifadəni və altı aydan bir koronavirusa qarşı revaksinasiya olunmağı tövsiyə edir.

Səhiyyə rəsmilərinin sözlərinə görə, COVID-19-un yeni variantları əvvəlkilər kimi çətin olmasa da, koronavirus hələ də təhlükəli xəstəlikdir.

Rusiya Səhiyyə Xidmətinin məlumatına görə, son iki həftə ərzində Rusiyada aşkar edilən yoluxma hallarının 0,16 faizini “OMICRON BA.2.75” subvariantı və ya “kentavr” adlandırılıb.

Qeyd edək ki, virusun yeni alt növü ilk dəfə 2022-ci ilin mayında Hindistanda aşkarlanıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*