Rusiyada partlayış: Yaralananlar varbackend

Rusiyada partlayış: Yaralananlar var

Rusiyanın Moskva vilayətində çoxmənzilli yaşayış binasında partlayış olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Noqinskdə baş verib.

Partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan biri azyaşlıdır.

Bildirilib ki, 170 sakin evakuasiya edilib. Xilasetmə tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*