An-12 yük təyyarəsinin qəzaya uğradığı yerdə iki qara qutudan biri tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin nümayəndəsi məlumat verib.
O əlavə edib ki, tapılan cihazın texniki vəziyyəti yaxşıdır.
İrkutsk vilayətinin qubernatoru İqor Kobzev isə bildirib ki, təyyarənin göyərtəsində olan hər kəs həlak olub.
***
17:44
İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin meyitlərinin qalıqları tapılıb.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib.
Təyyarənin göyərtəsindəki daha 3 nəfərin taleyi hələlik naməlumdur.
***
17:22
Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.
Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.Hadisə yerinə xilasedicilər göndərilib.
Son məlumata görə isə İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Təyyarənin göyərtəsindəki daha 5 nəfərin taleyi hələlik naməlumdur.
