Rusiyada qohumu xəstəxanada öldüyü üçün ermənilər HƏKİMLƏRİ DÖYDÜLƏR – FOTO/VİDEObackend

Rusiyada qohumu xəstəxanada öldüyü üçün ermənilər HƏKİMLƏRİ DÖYDÜLƏR - FOTO/VİDEO

Rusiyada qohumu xəstəxanada öldüyü üçün ermənilər həkimləri döyüblər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Balaşixa vilayət xəstəxanasında (Rusiyanın Moskva vilayəti) ölən xəstənin erməni qohumları üç həkimə hücum edib. Xəstəxananın Baş həkimi Mixail Koptev və bir neçə həkim zərər çəkib.

“Koptev və onun həmkarlarına üç erməni hücum edib. Onlar bir gün əvvəl ölən kişinin qohumlarıdır. Xəstə xora ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat olunub. Amma evə buraxılmazdan əvvəl vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb. Kişi ürək çatışmazlığından ölüb, diaqnoz yarılma ilə təsdiqlənib”, -məlumatda bildirilib.

Hücum edənlərdən biri artıq saxlanılıb. Cinayətkar barəsində cinayət işi açılıb. Sosial şəbəkələrdə həkimi döyənlərin cəzalandırılması tələb olunub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*