Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı – YENİLƏNİBbackend

Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı - YENİLƏNİB

Rusiyanın Tomsk vilayətində radarlardan itən An-28 sərnişin təyyarəsi tapılıb.

KONKRET.az bu barədə TASS-a istinadən xəbər verir.

“Moskva vaxtı ilə 14:36-da təyyarənin sərt eniş etdiyi yer müəyyən olunub”.

Sərnişinlərin təxliyəsi üçün artıq “Mi-8” helikopteri xilasedicilərlə əraziyə enib.

Təyyarənin heyəti və sərnişinlər arasında zərərçəkən yoxdur.

Xatırladaq ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.

Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub.

***

15:49
Rusiyanın Tomsk vilayətində An-28 sərnişin təyyarəsi radarlardan itib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi xəbər yayıb.

İlkin məlumatda qeyd olunur ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.

Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*