Rusiyada işsizlik yanvar-fevral ayları ilə müqayisədə 0,3 faiz artaraq 4,4 faizə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası tərəfindən edilən yazılı açıqlamada bildirilib.
Açıqlamada Ukraynadakı müharibə səbəbiylə Rusiyada məşğulluq sektorunda müxtəlif problemlərin yaşandığı vurğulanıb.
Belə ki, ilin əvvəlindən müflis olan şirkətlərin sayı 4,5 faiz artıb:
“Rəsmi qeydiyyatda olan işsizlərin sayı yanvar-fevral ayları ilə müqayisədə 0,3 bənd artaraq 4,4 faizə yüksəlib. İnquşetiyada bu göstərici 29,3 faiz, Şimali Qafqazda isə daha ağır vəziyyətdədir”.
Həmçinin açıqlamada, Moskvada işsizlik səviyyəsi 2,2 faiz, Sankt-Peterburqda isə 1,5 faiz səviyyəsində olduğu bildirilib.
Qeyd edək ki, Ukraynadakı müharibə səbəbindən yüzlərlə beynəlxalq şirkət Rusiyadan çıxmaq qərarına gəlib və ya ölkədəki fəaliyyətini müvəqqəti dayandırıb.
İqbal Rzayev,
KONKRET.az