Rusiyada səfərbərlik elan edilməsi aviabiletlərə tələbatı artırdıbackend

Rusiyada səfərbərlik elan edilməsi aviabiletlərə tələbatı artırdı

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra beynəlxalq aviabiletlərə tələbat artıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bilet satışı ilə məşğul olan şirkətlər məlumat yayıb.

Bildirilib ki, Rusiyadan uçuşların davam etdiyi bir çox ölkəyə sentyabrın 21-nə olan biletlər satılıb.

“Google” məlumatlarına görə, ölkədə “təyyarə bileti”, “bilet” və “xaricdə” kimi terminlər üçün internet axtarışlarında ciddi artım müşahidə olunub.

Qeyd edək ki, Rusiyada bu gündən qismən səfərbərlik elan edilib. Ölkənin müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində ümumilikdə 300 min ehtiyat əsgərin xidmətə çağırılacağını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*