Rusiyada terror aktının QARŞISI ALINDI – VİDEObackend

Rusiyada terror aktının QARŞISI ALINDI - VİDEO

FTX Volqoqradda terror aktının qarşısının alındığını bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.

“Volqoqrad vilayətində FTX əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə sağ radikal “Restrukt” qrupundan olan iki rusiyalının hazırladığı neft kəmərinin partlamasının qarşısını alıblar”, – məlumatda deyilir.

Daha sonra bildirilir ki, iki diversant borunu partlatmağa cəhd etsə də, silahlı müqavimət göstərərək zərərsizləşdirilib. Cinayəti millətçi Maksim Martsinkeviçin (Tesak) yaratdığı “Restrukt”dan olan şəxslər rusiyalı Andrey Çuenkov və ukraynalı Yuri İonov hazırlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*