Rusiyada MN təyyarəsi qəzaya uğradı – TƏSDİQLƏNDİbackend

Rusiyada MN təyyarəsi qəzaya uğradı - TƏSDİQLƏNDİ

Rusiya Müdafiə Nazirliyi An-22 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, An-22 təyyarəsi təmirdən sonra uçuş zamanı kimsəsiz ərazidə qəzaya uğrayıb.

Axtarış və xilasetmə qrupu hadisə yerinə yola düşüb.

İlkin ehtimala görə, təyyarədə olan 7 nəfərin hamısı ölüb.

***13:55

Rusiyanın İvanovo vilayətinin Furmanovski rayonunda “An-22” təyyarəsi qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, təyyarədə 7 heyət üzvü olub. Onların taleyi hələlik məlum deyil.

“Shot” Telegram kanalının məlumatına görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus ola bilər.

Təcili yardım xidmətləri hadisə yerində işləyir və qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*