Rusiyada uşaqlar psixoloji gərginlik keçirir – Ölkədə həyəcan siqnalı verildibackend

Rusiyada uşaqlar psixoloji gərginlik keçirir - Ölkədə həyəcan siqnalı verildi

Rusiyanın regionlarında Ukraynada müharibə iştirakçılarının itkin düşmüş və ya həlak olmuş uşaqları üçün peşəkar psixoloji yardım çatışmır.

KONKRET.az xəbər verir ki, Rusiya regionlarında Ukraynada hərbi əməliyyatda iştirak etmiş, itkin düşmüş və ya həlak olmuş şəxslərin uşaqları üçün peşəkar psixoloji yardım kifayət qədər deyil. Bəzən bu yardımın yerini onlarla müxtəlif əyləncə tədbiri tutur. Bunu Rusiya İctimai Palatasında keçirilən dəyirmi masada veteranlara və onların ailə üzvlərinə psixoloji yardım göstərilməsi üzrə Dövlət Dumasının işçi qrupunun həmsədri Mixail Hasminski bildirib.

“Global Vision” holdinqinin vitse-prezidenti və könüllü Olqa Surkova da qeyd edib ki, uşaq evlərindəki uşaqlarla bağlı təcrübənin təkrarlanması riski var. Onun sözlərinə görə, həmin uşaqlar “hədiyyələrə qərq edilirlər”, lakin bununla yanaşı, ehtiyac duyduqları peşəkar psixoloji dəstəyi ala bilmirlər.

Hasminskinin sözlərinə görə, xüsusi hərbi əməliyyat iştirakçılarının uşaqları arasında özünəqəsdlə bağlı hallar problemi xüsusilə kəskindir. Onun fikrincə, bu istiqamətdə psixoloji profilaktika və maarifləndirmə işləri də gücləndirilməlidir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*