Rusiyadakı təyyarə qəzasında ölənlər bu ölkələrin vətəndaşlarıdır – VİDEObackend

Rusiyadakı təyyarə qəzasında ölənlər bu ölkələrin vətəndaşlarıdır - VİDEO

Dünən Yakutskdan İrkutska uçarkən qəzaya düşən “An-12” tipli təyyarə ilə bağlı yeni detallar məlum olub.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Onlardan 5-i ekipaj üzvü, 4-ü isə yükü müşayiət edən şəxslər olub.

Göyərtədə olan 9 nəfərdən 4-ü Rusiya, 3-ü Belarus, 2-si isə Ukrayna vətəndaşı olub. Hələ ki, həlak olanların yalnız altısının cəsədi aşkar olunub.

Bununla yanaşı, Belarusun “Qrodno” aviaşirkətinə məxsus təyyarənin İrkutskda qəzaya uğradığı yerdə “qara qutular”ı aşkar olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*