Rusiyadan ABŞ-yə mesaj: Dialoqa açığıq, lakin…backend

Rusiyadan ABŞ-yə mesaj: Dialoqa açığıq, lakin...

Moskva Ukrayna böhranının həlli üçün Vaşinqtonla dialoqa açıq olduğunu bir daha bəyan edib.

KONKRET.az xəbər verir ki, rəsmi Moskva əlavə edib ki, eyni zamanda əsas mövqeyindən geri çəkilməyəcək

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun açıqlamalarından:

– ABŞ tərəfi hazırda konstruktiv dialoqa hazırdır və Rusiyanın mövqeyini anlayır.

– Əsas məsələ Vaşinqtonun “Kiyev rejiminə və Rusiyanın strateji məğlubiyyətini arzulayan Avropadakı tərəfdarlarına” nə dərəcədə təsir göstərə biləcəyidir.

– ABŞ dövlət katibi Marko Rubio münaqişənin sülh yolu ilə həlli üçün yeni ideyaların irəli sürülməsinin vacibliyindən danışıb.

– Əgər amerikalıların səyləri buna yönəlibsə, biz bu ideyaları dinləməyə hazırıq.

– Vaşinqtonla dialoqa açıq qalırıq, lakin bu, prinsipial mövqelərimizdən imtina edəcəyimiz anlamına gəlmir.

– Zaman istənilən halda Kiyev və Avropa İttifaqını dəstəkləyən qüvvələrin əleyhinə işləyir və onlar bununla üzləşməli olacaqlar.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*