Rusiyadan Azərbaycana kruiz gəmiləri yola düşəcəkbackend

Rusiyadan Azərbaycana kruiz gəmiləri yola düşəcək

“Rosturizm” Xəzər dənizində beynəlxalq kruizlərin açılması imkanlarını nəzərdən keçirir.

KONKRET.az “Vestnik Kavkaza” nəşrinə istinadən xəbər verir ki, bu məsələ Federal Turizm Agentliyinin rəhbəri Zarina Doquzovanın Dağıstana səfəri zamanı müzakirə olunub.

Səfər zamanı Xəzər dənizinin sahilboyu zonasında turizm infrastrukturunun inkişafı məsələsi müzakirə olunub. Onun sözlərinə görə, Xəzər çimərlikləri yay aylarında həddindən artıq yüklənən Qara dəniz kurortlarına alternativ ola bilər.

“Həmçinin, Rusiyada kruiz turizminin inkişafı çərçivəsində Xəzər dənizində kruizlərin, o cümlədən Azərbaycan, Qazaxıstan, İran və digər ölkə limanlarına daxil olmaqla beynəlxalq kruizlərin təşkili müzakirə olunub”, – “Rosturizm”in mətbuat xidmətindən bildirilib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*